Daxili İşlər Nazirliyi İmeretidə avtomat silah müsadirə edib
11:01 / 05.06.2019
Daxili İşlər Nazirliyinin İmereti,
Raça-Leçxumi və Aşağı (Kvemo) Svaneti Polis Departamentinin Bağdati
rayon Polis İdarəsinin əməkdaşları 1978-ci ildə anadan
olmuş
M.Q.-ni odlu silahın qeyri-qanuni şəkildə əldə
etmə-saxlama ittihamı ilə saxlayıb.
Törədilmiş cinayətə görə 3 ildən 6 ilədək azadlıqdan məhrumetmə
cəzası nəzərdə tutulur.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Interpressnews"a
verilən məlumata görə, M.Q.-nin Dimi kəndində yaşadığı evin
axtarışı zamanı hüquq mühafizəçiləri “AKS” markalı avtomat silah,
iki ədəd güllə darağı, 40 ədəd güllə aşkarlayaraq, maddi sübut kimi
müsadirə ediblər.
Odlu silahın əldə edilməsi-saxlanılması faktı ilə bağlı Cinayət
Məcəlləsinin 236-cı maddəsinin 3-cü hissəsi ilə istintaq
aparılır.