Laqodexidə 16 yaşlı qızın zorlanmasında ittiham olunan kişi həbs olunub, onun yeni doğulan körpənin atası olduğu da məlum olub
DİN-in Kaxeti Polis Departamentinin Laqodexi Rayon İdarəçiliyinin əməkdaşları hakimin hökmü əsasında 1979-cu il təvəllüdlü İ.B.-nı əvvəlcədən bilərəkdən həddi-büluğa çatmamış şəxsi zorlama ittihamı ilə həbs ediblər.

DİN-nin məlumatına görə, istintaqla müəyyən edilib ki, İ.B. 2018-ci ilin sentyabrında Kondol kəndində 16 yaşlı qızla, onun istəyi olmadan, hədələyərək, cinsi əlaqə qurub. Həddi-büluğa çatmamış qız hamilə qalıb və cari ilin may ayında uşaq dünyaya gətirib.

“Müvafiq olaraq Həddi buluğa çatmamış qız uşaq dünyaya gətirdikdən sonra polisə müraciət ediblər. İstintaq çərçivəsində aparılan genetik ekspertizanın nəticəsinə görə, İ.B.-nın uşağın atası olduğu məlum olub.

İstintaq əvvəlcədən bilərəkdən həddi-büluğa çatmamış şəxsə qarşı zorlama faktı ilə bağlı Cinayyət Məcəlləsinin 137-ci maddəsinin 3-cü hissəsinin "d" altbəndi ilə aparılır”
– nazirliyin bəyanatında deyilir.

Qeyd olunan cinayət 10 ildən 13 ilə qədər həbs cəzasını nəzərdə tutur.

Xatırladaq ki, Laqodexi bələdiyyəsində 16 yaşlı qız uşaq dünyaya gətirib və 40 yaşlı qohumnu cinsi zorakılıqda ittiham edirdi. Qız 11-ci sinid şagirdidir. “İnsan hüquqları mərkəzinin” vəkili Lia Xuroşvilinin məlumatına görə qız hamiləliyi haqqında məktəbdə pis olan zaman bilib və onu xəstəxanaya aparıblar. Həddi-büluğa çatmamış qız həmin gün uşağı dünyaya gətirib.

Print Email
FaceBook Twitter Google