Diğomidə 2 nəfəri yaralamaqda ittiham olunan şəxs Xaraqaulidə saxlanılıb
Polis iki nəfərin sağlamlığına qəsdən ağır zərər vurmaqda ittiham olunan 1997-ci ildə anadan olmuş U.Q.-ni isti izlərlə Xaraqauli bələdiyyəsinin Ğverki kəndində saxlayıb. Təqsiri sübuta yetirildiyi təqdirdə onu 9 ildən 13 ilədək həbs cəzası gözləyir.

İstintaq nəticəsində aydın olub ki, müttəhim Tbilisidə, Diğomi massivində qarşılıqlı münaqişə zəminində 1998-ci ildə anadan olmuş E.Q. və 2001-ci ildə anadan olmuş M.M-ni soyuq silahla yaralayıb, sonra isə hadisə yerindən qaçaraq gizlənmişdir.

Yaralılar təcili tibbi yardım briqadaları tərəfindən xəstəxanaya çatdırılıblar, onlarmüvafiq tibbi yardım göstərilib.

Faktla bağlı Cinayət Məcəlləsinin sağlamlığa qəsdən ağır zərər vurmanı nəzərdə tutan 117-ci maddəsinin 7-ci hissəsinin “a” bəndi ilə istintaq davam edir.

Mənbə: Netgazeti
Print Email
FaceBook Twitter Google