Rustavidə mənzildə gənc qadının cəsədi tapılıb
Rustavidə, 20 mikrorayondakı yaşayış korpusundan birinin mənzilində 32 yaşlarında qadının cəsədi tapılıb. Əldə olunan məlumata görə, qadının əri evə gələn zaman qapının bağlı olduğunu görüb, hadisə yerinə xilasedicilər çağırılıb, qapını açdıqdan sonra isə içəridə qadının cəsədi ilə qarşılaşıblar.

Hal-hazırda hadisə yerində polislər və ekspert-kriminalistlər çalışır. Daxili İşlər Nazirliyindən "Interpressnews"a verilən məlumata görə, ekspertiza təyin olunub. Qadının nəyə görə dünyasını dəyişdiyi ekspertizanın nəticələrindən sonra məlum olacaq.

Baş vermiş hadisə ilə bağlı Cinayət Məcəlləsinin özünü öldürmə həddinə çatdırmanı nəzərdə tutan 115-ci maddəsi ilə istintaq başlayıb.

Print Email
FaceBook Twitter Google