Tbilisidə avtomobil qarət olundu
Bu gün, 11 iyul tarixində Tbilisidə, Boçormi küçəsində “miniven” tipli avtomobili qarət edərək mobil telefon oğurlayıblar.

Səhərə yaxın hadisə yerinə patrul və kriminal polis səfərbər edilib. Patrul polisinin əməkdaşları polis lenti ilə zərər dəymiş avtomobili dairəyə alıblar, ekspert-kriminalistlər isə cinayətkarları aşkarlamaq üçün barmaq izlərini götürüblər.
Daxili İşlər Nazirliyindən “Netgazeti”yə verilən məlumata görə, Cinayət Məcəlləsinin 177-ci maddəsi ilə istintaq başlayıb və həmin maddə oğurluğu nəzərdə tutur.

Mənbə: Netgazeti
Print Email
FaceBook Twitter Google