Saxta 100 dollarlıq əsginas satma ittihamı ilə iki nəfər saxlanılıb
12:57 / 17.07.2019
Maliyyə Nazirliyi İstintaq
Xidmətinin əməkdaşları külli miqdarda saxta pul satma ittihamı ilə
iki nəfəri saxlayıb.
Maliyyə Nazirliyinin İstintaq Xidmətindən "Interpressnews"a verilən
məlumata görə, istintaq nəticəsində aydın olub ki, müttəhimlər
Türkiyə respublikasından 100 dollarlıq əsginaslar gətirərək
Acarıstan bölgəsində satıblar.
İstintaq Xidmətinin bildirdiyinə görə, həyata keçirilmiş istintaq
tədbirləri nəticəsində 10 000 ABŞ doları həcmində saxta əsginas
müsadirə olunub.
"Gürcüstan Cinayət Məcəlləsinin 212-ci maddəsinin ikinci hissəsi
ilə istintaq aparılır. Həmin maddə 7 ildən 10 ilədək azadlıqdan
məhrumetmə cəzasını nəzərdə tutur", — yayılan məlumatda
bildirilir.