Batumidə dörd yeniyetməni dilənməyə məcbur edən ana və xala saxlanılıb
Daxili İşlər Nazirliyinin Acarıstan Polis
Departamentinin əməkdaşları həyata keçirdikləri operativ-istintaq
tədbirləri nəticəsində yetkinlik yaşına çatmamışı şəxslərlə alver
faktı üzrə, hakimin hökmü əsasında, 1997-ci il təvəllüdlü A.P.-nı
və 1984-cü il təvəllüdlü K.P.-nı saxlayıblar.
Bu barədə məlumatı Daxili İşlər Nazirliyi yayır.
Nazirliyin məlumatına görə, istintaq nəticəsində aydın olub ki,
saxlanılan şəxslər son bir il ərzində uşaqlarını və bacısı
uşaqlarını, 6 yaşından 12 yaşınadək dörd yetkinlik yaşına çatmamış
uşağı təzyiq və fiziki zorakılıq yolu ilə, sistematik müşahidə
altında vətəndaşlardan pul dilənməyə məcbur edirdilər, onlar
tərəfindən toplanan pulu isə bütövlükdə mənimsəyirdilər.
Törədilmiş cinayətə görə 14 ildən 17 ilədək azadlıqdan məhrumetmə
nəzərdə tutulur.