Marneulidə qadına qarşı zorakılıq faktı ilə bağlı istintaq başlayıb
Marneuli rayonunun kəndlərindən birində qadın evdə tək olduğu zaman ona qarşı zorakılıq tətbiq olunub.

Həmin kəndin sakinlərinin sözlərinə görə, qadının yoldaşı iki aydır ki, xəstəxanadadır. Qadının evinə gələn kəndlisinin bundan xəbəri olub. Sakinlər deyirlər ki, kişi gecə saatlarında qadının evinə gedib, evdə birinin olduğunu hiss edən qadın otağın işığını yandırıb.

Məlumata görə, bunu görən kişi qadını qorxudub və ona qarşı güc tətbiq edib daha sonra həmin evi tərk edib. Hadisə nəticəsində müxtəlif bədən xəsarəti alan qadın xəstəxanaya yerləşdirilib.

Daxili İşlər Nazirliyindən “Marneuli” radiosuna verilən məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin fiziki zorakılığı nəzərdə tutan 126-cı maddəsi ilə istintaq aparılır.

Nazirlikdən bildirirlər ki, cinayəti törətməkdə şübhəli bilinən şəxsin kimliyi artıq müəyyən olunub və bu mərhələdə istintaq davam edir.

Print Email
FaceBook Twitter Google