35 yaşlı Davit Mumladzenin qətl işi ilə bağlı saxlanılan 5 nəfər, həmçinin, keçmiş və fəaliyyətdə olan polislərə qarşı rəsmən ittiham irəli sürülüb
Prokurorluq 35 yaşlı Davit Mumladzenin, eləcə də Zura Dadeşelinin qətl işi ilə bağlı saxlanılmış 5 nəfər, həmçinin iki fəaliyyətdə olan və bir keçmiş polisə qarşı rəsmi ittiham irəli sürüb – bu barədə saxlanılanlardan birinin vəkili Aleksandre Kobaidze bildirib.

Kvemo Kartli Polisinin müttəhimlərdən biri Qiorqi Qetaşvilinin vəkili Aleksandre Kobaidze müvəqqəti təcridxanadan çıxarkən jurnalistlərə bildirib ki, Prokurorluq onun müdafiəsi altında olan şəxsin cəzasını ağırlaşdırıb və Cinayət Məcəlləsinin 370-ci maddəsi əvəzinə, 143-cü maddəsinin 25-143-3a maddəsi ilə ittiham edib.

“Qiorqi Qetaşvilinin cəzası ağırlaşdırılıb, ittihamın tərkibi dəyişdirildi, o, Cinayət Məcəlləsinin 370-ci maddəsinə əsasən saxlanılmışdı, indi isə Cinayət Məcəlləsinin 143-cü maddəsi, daha konkret isə 25-143-3a maddəsi ilə saxlanlıb. Həmin maddə insanın qanunsuz şəkildə azadlıqdan məhrum edilməsinə yardım etməyi nəzərdə tutur. Yəni ittihamın versiya və gümanı odur ki, biz polislərlə birgə dostumuzun qaçırılmasını planlaşdırmışıq. Bu cəfəngiyatdır, heç bir faktiki vəziyyətə uyğun deyil. Təsəvvür edilməzidir ki, polis forması geyiniblər və səndə elə hiss yaranmalıdır ki, sənin dostunu qaçırırlar. Bir də dostunu necə polislərə verə bilərsən ki, sonradan onu öldürsünlər, bu ikinci vacib arqumentdir. Buna görə də mən düşünürəm ki, bu ittihama əvvəlcədən qərar verilib”, – Qiorqi Qetaşvilinin vəkili bildirib.

Onun məlumatına görə, Prokurorluq Qiorqi Qetaşvili ilə yanaşı qətl işi ilə bağlı saxlanılan daha iki fəaliyyətdə olan və bir keçmiş polisi Cinayət Məcəlləsinin 143-cü maddəsi ilə ittiham edib. Həmin maddə mütəşəkkil qrup tərəfindən törədilmiş azadlıqdan qeyri-qanuni şəkildə məhrumetməni nəzərdə tutur. Q.A. isə Cinayət Məcəlləsinin 109-cu maddəsi ilə ittiham olunub, həmin maddə amansızlıqla qəsdən adam öldürməni nəzərdə tutur.

Qetaşvilinin vəkilinin bildirdiyinə görə, onun müdafiəsi altında olan şəxsdən başqa indiki mərhələdə saxlanılanlardan digər dörd nəfərin vəkili yoxdur. Məhkəmə həbs qətimkan tədbirlərini güman ki, sabah müzakirə edəcək.

Print Email
FaceBook Twitter Google