35 yaşlı Davit Mumladzenin qətl işi ilə bağlı saxlanılan 5 nəfər, həmçinin, keçmiş və fəaliyyətdə olan polislərə qarşı rəsmən ittiham irəli sürülüb
11:46 / 08.10.2019
Prokurorluq 35
yaşlı Davit Mumladzenin, eləcə də Zura Dadeşelinin qətl işi ilə
bağlı saxlanılmış 5 nəfər, həmçinin iki fəaliyyətdə olan və bir
keçmiş polisə qarşı rəsmi ittiham irəli sürüb – bu barədə
saxlanılanlardan birinin vəkili Aleksandre Kobaidze
bildirib.
Kvemo Kartli Polisinin müttəhimlərdən biri Qiorqi Qetaşvilinin
vəkili Aleksandre Kobaidze müvəqqəti təcridxanadan çıxarkən
jurnalistlərə bildirib ki, Prokurorluq onun müdafiəsi altında olan
şəxsin cəzasını ağırlaşdırıb və Cinayət Məcəlləsinin 370-ci maddəsi
əvəzinə, 143-cü maddəsinin 25-143-3a maddəsi ilə ittiham edib.
“Qiorqi Qetaşvilinin cəzası ağırlaşdırılıb, ittihamın
tərkibi dəyişdirildi, o, Cinayət Məcəlləsinin 370-ci maddəsinə
əsasən saxlanılmışdı, indi isə Cinayət Məcəlləsinin 143-cü maddəsi,
daha konkret isə 25-143-3a maddəsi ilə saxlanlıb. Həmin maddə
insanın qanunsuz şəkildə azadlıqdan məhrum edilməsinə yardım etməyi
nəzərdə tutur. Yəni ittihamın versiya və gümanı odur ki, biz
polislərlə birgə dostumuzun qaçırılmasını planlaşdırmışıq. Bu
cəfəngiyatdır, heç bir faktiki vəziyyətə uyğun deyil. Təsəvvür
edilməzidir ki, polis forması geyiniblər və səndə elə hiss
yaranmalıdır ki, sənin dostunu qaçırırlar. Bir də dostunu necə
polislərə verə bilərsən ki, sonradan onu öldürsünlər, bu ikinci
vacib arqumentdir. Buna görə də mən düşünürəm ki, bu ittihama
əvvəlcədən qərar verilib”, – Qiorqi Qetaşvilinin
vəkili bildirib.
Onun məlumatına görə, Prokurorluq Qiorqi Qetaşvili ilə yanaşı qətl
işi ilə bağlı saxlanılan daha iki fəaliyyətdə olan və bir keçmiş
polisi Cinayət Məcəlləsinin 143-cü maddəsi ilə ittiham edib. Həmin
maddə mütəşəkkil qrup tərəfindən törədilmiş azadlıqdan qeyri-qanuni
şəkildə məhrumetməni nəzərdə tutur. Q.A. isə Cinayət Məcəlləsinin
109-cu maddəsi ilə ittiham olunub, həmin maddə amansızlıqla qəsdən
adam öldürməni nəzərdə tutur.
Qetaşvilinin vəkilinin bildirdiyinə görə, onun müdafiəsi altında
olan şəxsdən başqa indiki mərhələdə saxlanılanlardan digər dörd
nəfərin vəkili yoxdur. Məhkəmə həbs qətimkan tədbirlərini güman ki,
sabah müzakirə edəcək.