Marneulinin mərkəzi küçəsində üç əl atəş açılıb - yaralanan var
Bu
gün, 10 oktyabr tarixində Marneulinin mərkəzi küçəsində üç əl atəş
açılıb.
Hadisə Rustaveli küçəsində, poçtun yaxınlığındakı çayxana
ərazisində baş verib. Çayxana əməkdaşının “Marneuli” radiosuna
verdiyi məlumata görə, yeddi nəfərədək kişi çayxananın qarşısında
otururmuş və naməlum şəxslər onlara atəş açıblar.
Şahidlərin sözlərinə görə, naməlum şəxslər üç dəfə atəş
açıblar.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Hüquq mühafizəçiləri
hadisə yerindəki təhlükəsizlik kameralarını yoxlayırlar.
“Marneuli” radiosu faktla bağlı Daxili İşlər Nazirliyi ilə əlaqə
saxlayıb. Nazirlikdən məlumat əldə edən kimi təqdim edəcəyik.