Marneulidə baş verən insidentdə istifadə olunan silahın "Qara arx"a atıldığı güman olunur (FOTO)
Daxili İşlər Nazirliyinin
əməkdaşları "Qara
arx"da 10 oktyabr tarixində Marneulinin mərkəzi
küçəsində baş verən silahlı insidentdə istifadə olunan silahın
axtarışını aparırlar.
Bu
haqda məlumatı hadisə yerində olan şahidlər verdi. Onların
sözlərinə görə, ötən gün baş vermiş insidentdə istifadə olunmuş
silahın "Qara arx"a atıldığı güman edilir.
Xatırladaq ki, ötən günü Marneulinin mərkəzi küçəsində üç əl atəş
açılıb. Atəş nəticəsində iki nəfər yaralanıb. “Geo Hospitals”-dan
“Marneuli” radiosuna verilən məlumata görə, hər iki şəxs ayaq
nahiyəsindən yaralanıb. Yaralılar əməliyyat olunublar və onların
həyatları üçün heç bir təhlükə yoxdur.
Daxili İşlər Nazirliyindən “Marneuli” radiosuna verilən məlumata
görə, faktla bağlı Cinayət Məcəlləsinin 118-ci maddəsi ilə istintaq
aparılır. Həmin maddə sağlamlığa qəsdən qismən ağır zərər vurmanı
nəzərdə tutur.
Hadisə Rustaveli küçəsində, poçt yaxınlığında yerləşən çayxana
ərazisində baş verib. Çayxana əməkdaşının “Marneuli” radiosuna
verdiyi məlumata görə, yeddi nəfərədək kişi çayxananın qarşısında
otururmuş və naməlum şəxslər onlara atəş açıblar.
Şahidlərin sözlərinə görə, naməlum şəxslər üç dəfə atəş
açıblar.
Warning: Invalid argument supplied for foreach() in /var/www/marneulifm.ge/public_html/templates/default/html/com_content/article/default.php on line 166