Xaşuridə keçmiş əri tərəfindən yaralanan qadın dünyasını dəyişib
Xaşuridə keçmiş həyat yoldaşı tərəfindən yaralanan qadın dünyasını dəyişib. Bu haqda məlumatı imedinews-a həkim tərəfindən təsdiq edilib.

“30 yaşlı qadın baş nahiyəsindən zədə ilə koma vəziyyətində gətirilib. Xəstədə çox sayda sümük sınıqları, qan sızmaları qeydə alınıb və böyük miqdarda qan itirmişdi. Xəstə reanimasiyaya yerləşdirildi, sünii nəfəs aparatına qoşulmuşdu. Müalicəyə baxmayaraq xəstə dünyasını dəyişdi” - Anestezia-reanimasiya şöbəsinin rəhbəri Tea Korkotadze bildirib.

Xaşuridə gənc qadına keçmiş həyat yoldaşı bir neçə dəfə atəş açıb və sonra fiziki olaraq onunla hesablaşıb. Bundan əlavə şübhəli şəxs zərərçəkənin evinə güman ki, əl qumbarası atıb ancaq partlamayıb.

Imedinews-a DİN-dən verilən məlumata görə baş verən hadisə ilə bağlı Gürcüstan Cinayət Məcəlləsinin 19-108-ci maddəsi ilə istintaq başlayıb. Həmin maddə qəsdən adamöldürməyə cəhd etməni nəzərdə tutur və cinayət 7 ildən 15 ilə qədər azadlıqdan məhrumetmə cəzsını nəzərdə tutur.

Mənbə: imedinews.ge
Print Email
FaceBook Twitter Google