Xaşuridə keçmiş əri tərəfindən yaralanan qadın dünyasını dəyişib
10:06 / 13.10.2019
Xaşuridə keçmiş həyat yoldaşı tərəfindən
yaralanan qadın dünyasını dəyişib.
Bu
haqda məlumatı imedinews-a həkim tərəfindən təsdiq edilib.
“30 yaşlı qadın baş nahiyəsindən zədə ilə koma
vəziyyətində gətirilib. Xəstədə çox sayda sümük sınıqları, qan
sızmaları qeydə alınıb və böyük miqdarda qan itirmişdi. Xəstə
reanimasiyaya yerləşdirildi, sünii nəfəs aparatına qoşulmuşdu.
Müalicəyə baxmayaraq xəstə dünyasını dəyişdi” -
Anestezia-reanimasiya şöbəsinin rəhbəri Tea Korkotadze
bildirib.
Xaşuridə gənc qadına keçmiş həyat yoldaşı bir neçə dəfə atəş açıb
və sonra fiziki olaraq onunla hesablaşıb. Bundan əlavə şübhəli şəxs
zərərçəkənin evinə güman ki, əl qumbarası atıb ancaq
partlamayıb.
Imedinews-a DİN-dən verilən məlumata görə baş verən hadisə ilə
bağlı Gürcüstan Cinayət Məcəlləsinin 19-108-ci maddəsi ilə istintaq
başlayıb. Həmin maddə qəsdən adamöldürməyə cəhd etməni nəzərdə
tutur və cinayət 7 ildən 15 ilə qədər azadlıqdan məhrumetmə cəzsını
nəzərdə tutur.
Mənbə:
imedinews.ge