Tbilisidə 15 yaşlı yeniyetməni yaralayıblar
13:39 / 16.10.2019
Tbilisidə, Qldanidə 15 yaşlı yeniyetməni
yaralayıblar.
Daxili İşlər Nazirliyinin məlumatına görə,
həddi-büluğa çatmamış şəxs hazırda xəstəxanaya yerləşdirilib.
DİN-nin məlumatına görə, cinayətlə bağlı isti izlərlə bir nəfər
saxlanılıb. Hadisə ilə bağlı Cinayət Məcəlləsinin 19-109-cu
maddələri ilə istintaq aparılır. Həmin maddə əvvəlcədən
həddi-büluğa çatmamış şəxs olduğunu bilərək, amansızlıqla adam
öldürməyə cəhdi nəzərdə tutur.