Poniçalada xüsusi əməliyyat – narkocinayət üstündə bir qadın həbs edilib (VİDEO)
Səhər saatlarında xüsusi təyinatlılar Poniçalada xüsusi əməliyyat həyata keçiriblər. Əməliyyat nəticəsində bir qadın həbs olunub.

Saxlanılan şəxs narkotik cinayətində şübhəli bilinir və onun yaşadığı evdə axtarış aparılıb. Daxili İşlər Nazirliyi gün ərzində həyata keçirilən xüsusi əməliyyat barədə ətraflı məlumat verəcək.

"Kuryer"in əməkdaşları hadisənin səbəbi haqda həbs olunan şəxsin ailəsindən məlumat əldə etməyə çalışıblar. Lakin müttəhimin ailə üzvləri olduqca aqressiv davranıblar. Bir neçə gün əvvəl hüquq-mühafizə orqanlarının əməkdaşları Poniçalada daha bir xüsusi əməliyyat həyata keçirmiş və bir nəfər həbs etmişdilər.

Mənbə: rustavi2.ge
Print Email
FaceBook Twitter Google