Mestiada bir nəfər öz qardaşını öldürüb
13:36 / 21.10.2019
Mestianın Tsxumari kəndində bir nəfər soyuq
silahla öz qardaşını öldürüb. Məlumata görə, hadisədən əvvəl
onların arasında qarşıdurma olub.
Yerli sakinlərin sözlərinə görə, qardaşlar
sərxoş olublar. Qətlə yetirilən kişi müəllim idi.
Cinayətdə istifadə olunan silah müsadirə olunub. Qardaşını qətlə
yetirməkdə ittiham olunan şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyindən "Interpressnews"-a verilən məlumata
görə, faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 108-ci maddəsi
ilə istintaq aparılır. Həmin maddə qəsdən adam öldürməni nəzərdə
tutur.