Polis Marneulidə külli miqdarda narkotik maddə ələ keçirib - bir nəfər həbs olunub
15:50 / 23.10.2019
Daxili İşlər Nazirliyinin Kvemo Kartli Polis
Departamentinin Marneuli və Bolnisi rayon şöbələrinin
əməkdaşlarının apardıqları operativ istintaq tədbirləri nəticəsində
1961-ci ildə anadan olmuş,şərti məhkum E. C.-ni qanunsuz olaraq külli
miqdarda narkotik maddənin əldə edilməsi və saxlanılması ittihamı
ilə Marneulidə həbs ediblər.
Cinayətə görə 8 ildən 20 ilədək və ya ömürlük həbs cəzası nəzərdə
tutulur.
Təqsiriləndirilən şəxsi hüquq mühafizə orqanları Marneuli
bələdiyyəsinin İmir kəndində avtomobilini idarə edərkən
saxlayıblar. Polis tərəfindən saxlanılan şəxsin üzərində axtarış
aparılan zaman 119 həb "suboksin" ələ keçirilib və maddi dəlil kimi
müsadirə olunub.
Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 260-cı maddəsinin 6-cı
hissəsinin "a" bəndi ilə istintaq aparılır. Həmin maddə külli
miqdarda narkotik vasitələrin qanunsuz əldə edilməsi və
saxlanmasını nəzərdə tutur.