Daştəpə kəndində qəbir daşlarını sındırıblar (VİDEO)
13:17 / 04.11.2019
Marneuli
bələdiyyəsinin Daştəpə kəndində naməlum şəxslər qəbir daşlarını
sındırıblar.
“Marneuli” radiosuna
hadisə ilə bağlı məlumatı Bələdiyyə Məclisinin deputatı Azad
Kərimov verdi. Onun bildirdiyinə görə, Daştəpə kənd
qəbristanlığında 5-dək qəbirin daşları sındırılıb. Hadisə yerinə
polis çağırılıb.
“Marneuli” radiosu hadisənin təfərrüatları ilə bağlı məlumat üçün
Daxili İşlər Nazirliyi ilə əlaqə saxlayıb. Nazirlikdən məlumat alan
kimi paylaşacağıq.
Warning: Invalid argument supplied for foreach() in /var/www/marneulifm.ge/public_html/templates/default/html/com_content/article/default.php on line 166