Xəta
  • PHPImageWorkshop\Exception\ImageWorkshopBaseException: [2]: File "/var/www/marneulifm.ge/public_html//images/temp/2018/10/04/bf4bf3c46df8f47ef0e6c9d862ad7cb2.jpg" not exists.
Kriminal
Mtsxetada maşın Kürə düşüb, 3 nəfər dünyasını dəyişib
Təcili Yardım Xidmətinin verdiyi məlumata əsasən, Mtsxetada baş verən avtomobil qəzasında üç nəfər həlak olub. Agentliyin verdiyi açıqlamaya görə, yolda hərəkət edən avtomobil təxminən 30 metr yüksəklikdən Kür çayına aşıb. Bir neçə saatlıq xilasetmə əməliyyatından sonra xilasedicilər suyun dibində avtomobildə olan 2 nəfərin cəsədini tapıblar.

“Daha sonra dalğıclar başqa bir cəsəd yenə tapdılar. Təcili yardım işçiləri artıq 3 cəsədi də sudan çıxarıb. Maşın da Kür çayının dibindən çıxarılmışdır. Hal-hazırda Mtsxetada axtarış əməliyyatları artıq başa çatıb", - deyə Təcili Yardım Xidmətindən bildirilib.

Hadisə, Cinayət Məcəlləsinin 2 və ya daha çox insanın ölümü ilə nəticələnən yol hərəkəti təhlükəsizliyi və ya istismar qaydalarının pozulmasını nəzərdə tutan 276-cı maddəsinin səkkizinci hissəsi ilə araşdırılır.
FaceBook Twitter Google