Daxili İşlər Nazirliyinin verdiyi məlumata görə, bir Türkiyə
vətəndaşı yarım kiloqram eroin və 99 həb MDMA alınması, saxlanması,
idxalı və tranziti ittihamı ilə həbs olunub
.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, şəxs Kartsaxi
gömrük keçid məntəqəsində saxlanılıb və yük maşınına baxış zamanı
qeyd olunan narkotik maddələr aşkarlanıb.
Nazirliyikdən verilən məlumata əsasən, faktla bağlı Gürcüstan
Cinayət Məcəlləsinin 260-cı maddəsinin 2-ci hissəsi, 6-cı maddənin
6-cı hissəsi, A yarımbəndi, 262-ci maddənin, 1-ci hissəsi və 262-ci
maddənin, 4-cü hissə A yarımbəndi ilə istintaq başladılıb.
Bu maddələr xüsusilə qanunsuz istehsal, satın alma, saxlama, çox
miqdarda yeni psixoaktiv maddənin göndərilməsini, habelə Gürcüstan
ərazisinə qanunsuz idxalını, Gürcüstan ərazisindən qanunsuz
ixracını və ya tranzitini nəzərdə tutur.
Mənbə:
On