Polis Kobuletidə baş verən qətl hadisəsi ilə bağlı bir nəfəri həbs edib
Daxili İşlər Nazirliyinin Acarıstan Polis İdarəsinin əməkdaşları 1980-ci il təvəllüdlü E.M.-i soyğunçuluq və qəsdən adam öldürmə ittihamı ilə həbs ediblər. Bu barədə Daxili İşlər Nazirliyindən İnterpressnews"-a məlumat verilib.

Cinayətə görə 6 ildən 15 ilədək həbs cəzası nəzərdə tutulur.

"İstintaq, təqsirləndirilən şəxsin bu il dekabrın 15-də Kobuletidə həmkəndlisi - T.P.-ni silahla hədələyərək avtomobilini oğurlayıb, Kobuletiyə tərəfə getdiyini müəyyənləşdirib. E.M., Kobuletidə Memed Abaşidze küçəsi yaxınlığında, tanışı - 1968-ci il təvəllüdlü V.V.-ni əvvəllər baş vermiş qarşıdurmaya görə, ov tüfəngindən bir neçə dəfə atəş açaraq ölümcül yaralayıb və gizlənib.

Hüquq-mühafizə orqanları şübhəlini hadisənin ertəsi günü həbs edib. Polis cinayətin silahını, ov tüfəngini, sübut kimi götürüb.

Verilən məlumatda "Hadisə ilə bağlı soyğunçuluq və qəsdən adam öldürmə ilə bağlı Gürcüstan Cinayət Məcəlləsinin 179 və 108-ci maddələri ilə istintaq aparılır", -
deyilib.

Print Email
FaceBook Twitter Google