Bank hesablarından saxtakarlıqla pul oğurlamaq ittihamı ilə 3 nəfər həbs olunub, 1 nəfər ifşa olunub
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, xüsusi rabitə sirrini pozmaq, bir qrup tərəfindən kompüter sisteminə icazəsiz daxil olmaq və külli miqdarda oğurluq etmək ittihamı ilə üç nəfər həbs edilib və bir yetkinlik yaşına çatmayan şəxs ifşa olunub. İstintaqa görə, şübhəlilər "fişinq" yolu ilə vətəndaşların bank hesablarından ümumilikdə 72 500 lari mənimsəyiblər.

“Araşdırma nəticəsində yetkinlik yaşına çatmayan şəxsin İnternet banklardan birinə bənzər bir "fişer" səhifə yaratdığı və həmin səhifənin linkini "Facebook" sosial şəbəkəsində paylaşaraq yaydığı ortaya çıxıb. O, internet istifadəçilərinə uduşda iştirak etmələrini təklif edib. Vətəndaşlar aldanaraq fərdi bank məlumatlarını "fişer" səhifəsinə daxil edirdilər və bu məlumatlar avtomatik olaraq müttəhimlərin əlinə keçirdi. Təqsirləndirilənlər bu məlumatlardan istifadə edərək, aldadılmış vətəndaşların hesablarındakı vəsaitləri mənimsəyib, bundan sonra pulları həmkarlarının bank hesablarına və rəqəmsal valyuta hesablarına köçürüblər.

Təqsirləndirilən Q.A., adı çəkilən cinayətdə təqsirləndirilən digər şəxslərə - O.A. və B.A.-ya oğurlanmış pulları sonradan nəğd ala biləcəkləri elektron cüzdan sisteminə qeydiyyatdan keçirməyi vəd edib.

Təqsirləndirilən şəxslər 8 vətəndaşın bank hesabından qanunsuz olaraq ümumilikdə 72 500 lari ələ keçirib”,
- deyə DİN-in açıqlamasında bildirilib.

Hadisə ilə bağlı Gürcüstan Cinayyət Məcəlləsinin xüsusi rabitə sirrini pozmaq, bir qrup tərəfindən kompüter sisteminə icazəsiz daxil olmaq və külli miqdarda oğurluq etməni nəzərdə tutan 158-ci maddəsinin 3-cü və 4-cü hissəsinin "A" bəndinə, 284-cü maddəsinin 2-ci hissəsinin "A" və "D" bəndinə, həmçinin, 177-ci maddənin 3-cü hissəsinin "A" bəndinə və 4-cü hissəsinin "B" bəndinə əsasən istintaq aparılır.

Cinayətə görə 6 ildən 10 ilədək həbs cəzası nəzərdə tutulur.
Print Email
FaceBook Twitter Google