Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polis Departamentinin
əməkdaşları üç aylıq operativ tədbirlər nəticəsində narkotik vasitə
satanların cinayət sxemini aşkar ediblər.
Hüquq mühafizəçiləri apardıqları tədbirlər nəticəsində Poniçala
məntəqəsində 9 narkotik satıcısını saxlayıb.
Hakimin hökmü əsasında 1981-ci il təvəllüdlü A.X., 1992-ci il
təvəllüdlü E.Q., 1987-ci il təvəllüdlü M.M, 1985-ci il təvəllüdlü
L.V., 1986-cı il təvəllüdlü İ.İ, 1988-ci il təvəllüdlü L.Q, 1994-cü
il təvəllüdlü N.A., 1988-ci il təvəllüdlü N.F və 1973-cü il
təvəllüdlü L.K saxlanılıb.
Saxlanılanlar külli miqdarda narkotik vasitələrin qanunsuz əldə
edilməsi-saxlanılması və istifadəyə verilməsində ittiham
olunur.
Törədilmiş cinayətə görə 8 ildən 20 ilə qədər, yaxud ömürlük həbs
cəzası nəzərdə tutulur.
İstintaq nəticəsində aydın olub ki, müttəhimlər davamlı şəkildə
narkotik vasitələri satışa çıxarırmış.
Polsilər hakimin hökmü əsasında bir neçə dəfə yoxlama üçün
müttəhimlərdən “Heroin” alıblar və bunun gizli audio-video qeydini
həyata keçiriblər.
Polis müttəhimlərin üzərinə və evinə baxış keçirərkən satış üçün
hazırlanmış narkotik vasitələr – “Heroin” və “Metadon”, eləcə də
pul, mobil telefonları maddi sübut olaraq müsadirə ediblər.
Mütəşəkkil qrup tərəfindən külli miqdarda narkotik maddələrin
qanunsuz əldə eidlməsi-saxlanması və istifadəyə verilməsi faktları
ilə bağlı Gürcüstam Cinayət Məcəlləsinin 260-cı maddəsi ilə
istintaq aparılır.
Qeyd edək ki, DİN 2020-ci il ərzində 71 nəfər narkotik satıcısı
saxlayıb. Narkotik satışının sxemi aşkarlanıb və 40 kq “Heroin”
müsadirə edilib. Narkotiklərin onlyan satışına qoşulmuş 16 nəfər
məsuliyyətə cəlb olunub. 13 internet mağaza bağlanıb. Psixotrop
maddələrin hazırlandığl narko-laboratoriya aşkarlanıb. Qanunsuz
dövriyyədən ümumilikdə 89 kiloqram “Heroin”, 1 kq “Kokain”, 7000
həb “Subuteks” və “Suboksin”, 6 kq və 500 qram yeni psixotrop
maddələr götürülüb.