Kaspi bələdiyyəsində azyaşlı axtarırlar. Becitaşvili ailəsinə qonaq
gələn 14 yaşlı qız 2 gün əvvəl Sasireti kəndində yoxa çıxıb.
Sözügedən faktla bağlı Sasiretidə hüquq-mühafizə orqanları
istintaqa başlayıb.
Yerli sakinlər yeniyetmənin hansı şəraitdə itkin düşdüyünü
danışıblar - ev sahibi ailənin uşağını küçədən həyətə su üçün
göndərib, azyaşlı uşaq geri qayıdanda qonaq gələn qızın artıq orada
olmadığını görüb. Məhz bundan sonra onu axtarmağa başlayıblar.
Kəndə gələn itkin düşmüş yeniyetmə haqqında yerlilərin məlumatı
azdır.
Mənbə: rustavi2.ge