İki nəfər “TV Pirveli”nin operatoruna hücum etmək ittihamı ilə saxlanılıb
Xüsusi İstintaq Xidmətinin məlumatına görə, TV Pirvelinin operatoruna hücum edən iki nəfər saxlanılıb.

İyunun 21-də axşam saatlarında keçirilən brifinqdə Xüsusi İstintaq Xidmətinin nümayəndəsi bildirib ki, saxlanılan şəxslərə qarşı Cinayət Məcəlləsinin 156-cı maddəsinin 2-ci, yəni şəxsi peşə fəaliyyəti ilə bağlı hücuma görə cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlı ittiham irəli sürülüb.

Batumidə Tv Pirvelinin operatoru kiçik uşaqlarının gözü qarşısında döyülüb.

Hadisə iyunun 19-da baş verib.

“TV Pirveli”nin verilişinin çəkiliş qrupu gecə efirində qonağı cəlb etməyə hazırlaşarkən tanımadığı şəxslər onlara yaxınlaşaraq söyüş söyüblər, daha sonra isə onlara fiziki təzyiq göstəriblər.

Mənbə: Netgazeti
Print Email
FaceBook Twitter Google