Xüsusi İstintaq Xidmətinin məlumatına görə, TV Pirvelinin
operatoruna hücum edən iki nəfər saxlanılıb.
İyunun 21-də axşam saatlarında keçirilən brifinqdə Xüsusi İstintaq
Xidmətinin nümayəndəsi bildirib ki, saxlanılan şəxslərə qarşı
Cinayət Məcəlləsinin 156-cı maddəsinin 2-ci, yəni şəxsi peşə
fəaliyyəti ilə bağlı hücuma görə cinayət məsuliyyətinə cəlb
edilməsi ilə bağlı ittiham irəli sürülüb.
Batumidə Tv Pirvelinin operatoru kiçik uşaqlarının gözü qarşısında
döyülüb.
Hadisə iyunun 19-da baş verib.
“TV Pirveli”nin verilişinin çəkiliş qrupu gecə efirində qonağı cəlb
etməyə hazırlaşarkən tanımadığı şəxslər onlara yaxınlaşaraq söyüş
söyüblər, daha sonra isə onlara fiziki təzyiq göstəriblər.