Bu gün, 26 iyun tarixində günün ikinci yarısında, Marneuli
şəhərində yaşayış binasının eyvanı uçub. Hadisə Nəriman Nərmimanov
küçəsində baş verib.
Məlumata görə, 5-ci mərtəbədəki mənzilin eyvanının uçması
nəticəsində 4-cü mərtəbədəki eyvan da dağılıb.
"Marneuli" radiosunun məlumatına görə, qəza nəticəsində bir nəfər
dünyasını dəyişib, iki nəfər isə yaralanıb. Xəsarət alanlar
arasında azyaşlı uşaqlar da var.
Xəsarət alanlar arasında biri 8 yaşlı uşaqdır. Onu Marneulinin "Geo
Hospitals" klinikasına aparıblar. Klinikanın nümayəndəsinin
"Marneuli" radiosuna bildirdiyinə görə, xəstənin çoxsaylı sınıqları
var və Tbilisiyə, xüsusi klinikaya yerləşdirirlər.
Hadisə yerinə polis və xilasedicilər cəlb olunub.
Təfərrüatları Daxili İşlər Nazirliyindən araşdırırıq. (Material
yenilənəcək)