Qeyri-rəsmi məlumata görə, Polis Marneulidə xüsusi əməliyyat keçirib
Qeyri-rəsmi məlumata görə, bu gün, 9 noyabr tarixində polis Marneuli və Qızılhaclı kəndində xüsusi əməliyyat keçirib. Məlumata görə, gecə saatlarında Marneuli polis bölməsinin qarşısına çox sayda xüsusi təyinatlılar gətirilib.

Qeyri-rəsmi məlumata görə, əməliyyat zamanı bir neçə nəfər saxlanılıb.

Ehtimala görə, əməliyyat "oğru dünyası"na üzv olmaq və "oğru dünyası" ilə əlaqəli şəxslərin saxlanılması məqsədi ilə həyata keçirilb.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən məlumat almağa çalışırıq.

Print Email
FaceBook Twitter Google