Senakda baş verən avtomobil qəzası nəticəsində 1 nəfər ölüb, 2
nəfər yaralanıb.
Hadisə bu gün, noyabrın 12-də baş verib.
İki minik avtomobili və yük maşını toqquşub.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, faktla bağlı
Cinayət Məcəlləsinin 276-cı maddəsi ilə araşdırma başlanılıb.