Türkiyədə təriqət lideri Adnan Oktara (təxəllüsü Harun Yəhya)
8 658 il həbs cəzası verilib.
Onun barəsində “təşkilata rəhbərlik”, “FETÖ silahlı terror
təşkilatına yardım”, “siyasi və ya hərbi casusluğa cəhd”,
“işgəncə”, “azadlıqdan məhrumetmə”, “birdən çox şəxslə yetkinlik
yaşına çatmayana qarşı bir neçə dəfə cinsi əlaqədə olma”, “seksual
zorakılığa məruz qoyma” və sairə maddələrlə 232 il 9 aydan 1198 ilə
qədər azadlıqdan məhrumetmə cəzası istənilib.
Məhkəmə Adnan Oktarı “terror təşkilatına rəhbərlik etmək”, “seksual
zorakılıq”, “təhsil hüququna mane olmaq”, “işgəncə vermək”, “şəxsi
azadlıqdan məhrumetmə” və “şəxsi məlumatların qeydə alınması”
ittihamları ilə 891 il həbs cəzasına məhkum edib. Bundan əlavə,
Oktar təşkilatın lideri olduğu üçün digər müttəhimlərin
törətdikləri cinayətlərə görə də məsuliyyət daşıdığından onun
cəzası artırılıb və ümumilikdə 8 658 il azadlıqdan məhrum
edilib.
Mənbə: OXU.AZ