Qəzaların baş verməsinin günahkarı sürücülərdir, onlar sağa-sola baxmırlar – Marneuli sakinləri (SORĞU-VİDEO)
Son bir neçə gün ərzində Marneuli və ölkənin digər bölgələrində insan ölümü ilə nəticələnən bir neçə yol-nəqliyyat hadisəsi baş verdi. Həyatını itirənlərin arasında yeniyetmə və azyaşlılar da var. Yol-nəqliyyat hadisələri ilə bağlı “Marneuli” radiosunun əməkdaşları Marneulidə sakinlər arasında sorğu keçirdilər. Sorğu zamanı sakinlərdən qəzaların hansı səbəbdən baş verməsini və əsas səbəbin nə olduğunu soruşduq. Respondentlərin sözlərinə görə, qəzanın yaranmasında ilkin səbəb sürücülərin avtomobilləri sürətlə idarə etməsidir. Sakinlər aidiyyəti orqanlar tərəfindən məsələ ilə bağlı müəyyən tədbirlərin görülməsini vacib hesab etdiklərini bildirirlər.


Qeyd edək ki, Marneulidə 23 noyabr tarixində yol-nəqliyyat hadisəsi baş vermişdi. Həmin qəza zamanı Qızılhacılı kənd sakini olan 17 yaşlı qız hazırlıq kursundan evə qayıdarkən onu maşın vurmuşdu. O, hadisə yerindəcə dünyasını dəyişmişdi.

Onu da əlavə edək ki, Gürcüstan Prokurorluğu Marneulidə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində yeniyetmənin ölüm faktı ilə bağlı bir nəfəri qarşı Gürcüstan Cinayət Məcəlləsinin 276-cı maddəsinin 6-cı hissəsi (nəqliyyat vasitəsinin hərəkəti təhlükəsizliyi və ya istismarı qaydalarının insan ölümü ilə nəticələnən pozulması) ilə ittiham irəli sürüb. Həmin maddə 4 ildən 7 ilədək azadlıqdan məhrumetməni nəzərdə tutur. Cinayət işi üzrə istintaq davam edir.


Mövzu ilə bağlı digər xəbərlər:
Print