Tbilisidə baş verən qəzada 1 nəfər ölüb, 3 nəfər yaralanıb
Tbilisidə “Lilo Arena” yaxınlığında baş verən qəzada 1 nəfər ölüb, 3 nəfər yaralanıb.

18 yaşlı qız dünyasını dəyişib. Onun və daha 3 piyadanın yüksək sürətlə hərəkətdə olan avtomobil tərəfindən vurulduğu bildirilir.

Daxili İşlər Nazirliyinin məlumatına görə, hadisəni törədən avtomobilin sürücüsü saxlanılıb. İstintaq Cinayət Məcəlləsinin yol hərəkəti təhlükəsizliyi və ya istismar qaydalarının pozulmasını nəzərdə tutan 276-cı maddəsi ilə aparılır.

Mənbə: Netgazeti
Print Email
FaceBook Twitter Google