Rustavidə 11 yaşlı uşaq qəfil dünyasını dəyişib
Rustavidə 11 yaşlı uşaq ölüb. Dəhşətli hadisə onun evində baş verib.

“İnfo Rustavi” xəbər verir ki, uşaq qəfil huşunu itirib, bundan sonra ailə üzvləri təcili tibbi yardım çağırıb.

Hadisə yerində ilkin tibbi yardım göstərilməsinə baxmayaraq, uşaq huşsuz vəziyyətdə “Klinika Rustavi”yə yerləşdirilib.

Klinikada “İnfo Rustavi”yə dediklərinə görə, xəstə klinikaya daxil olanda artıq ürəyi dayanmışdı.

"Təcili yardımın həkimi reanimasiya tədbirlərinə başlamışdı, şok otağında qarşılamağa hazırlaşdıq və reanimasiya tədbirlərinə davam etdik, proses 1 saat 52 dəqiqə davam etdi. Birbaşa ürək masajı etdik, tibbi dəstək, hər şey, ürək işləməyə başladı. 5 dəqiqə sonra yenidən dayandı. Başqa xəsarətlər yox idi. Qalanlarını ekspert müəyyən edəcək”, - deyə "Klinika Rustavi"nin növbətçi həkimi Lia Kortiaşvili bildirib.

Print Email
FaceBook Twitter Google