Gürcüstan Prokurorluğunun məlumatına görə, bir nəfər dələduzluq
yolu ilə külli miqdarda pul əldə etməkdə ittiham olunub.
Prokurorluq bildirir ki, təqsirləndirilən şəxslər zərərçəkmişləri
Tbilisi Texniki Universitetinin dekanı kimi 3000-5000 lari ödəmək
müqabilində vahid milli imtahan vermədən həmin universitetə tələbə
qəbul etdirə biləcəyinə inandırıblar. Həmçinin təqsirləndirilən
şəxs zərərçəkmişlərin etibarından istifadə edərək onlara yalan
danışıb, guya mövcud tələbə proqramı çərçivəsində Tbilisidə
tələbələrə minimum qiymətə 7-11 min lariyə mənzil verə bilərmiş.
Təqsirləndirilən şəxs qeyd olunan sxemdən istifadə edərək 10
zərərçəkmişin pulunu - ümumilikdə 119 030 lari alıb.
Hüquq-mühafizə orqanları Tbilisi Şəhər Məhkəməsinin qərarı əsasında
təqsirləndirilən şəxsi 2023-cü il yanvarın 21-də saxlayıblar. O,
Cinayət Məcəlləsinin 180-ci maddəsinin 2-ci hissəsinin “b” bəndi və
3-cü hissəsinin “b” bəndi (dələduzluq, yəni dələduzluq yolu ilə
özgənin əmlakını qanunsuz ələ keçirmə, külli miqdarda ziyan
vurmaqla törədildikdə) ilə ittiham olunub ki, bu da 6 ildən 9
ilədək azadlıqdan məhrum etməni nəzərdə tutur.