10 nəfərin 119 030 larisini mənimsəmiş şəxs saxlanılıb - Prokurorluq
Gürcüstan Prokurorluğunun məlumatına görə, bir nəfər dələduzluq yolu ilə külli miqdarda pul əldə etməkdə ittiham olunub.

Prokurorluq bildirir ki, təqsirləndirilən şəxslər zərərçəkmişləri Tbilisi Texniki Universitetinin dekanı kimi 3000-5000 lari ödəmək müqabilində vahid milli imtahan vermədən həmin universitetə tələbə qəbul etdirə biləcəyinə inandırıblar. Həmçinin təqsirləndirilən şəxs zərərçəkmişlərin etibarından istifadə edərək onlara yalan danışıb, guya mövcud tələbə proqramı çərçivəsində Tbilisidə tələbələrə minimum qiymətə 7-11 min lariyə mənzil verə bilərmiş. Təqsirləndirilən şəxs qeyd olunan sxemdən istifadə edərək 10 zərərçəkmişin pulunu - ümumilikdə 119 030 lari alıb.

Hüquq-mühafizə orqanları Tbilisi Şəhər Məhkəməsinin qərarı əsasında təqsirləndirilən şəxsi 2023-cü il yanvarın 21-də saxlayıblar. O, Cinayət Məcəlləsinin 180-ci maddəsinin 2-ci hissəsinin “b” bəndi və 3-cü hissəsinin “b” bəndi (dələduzluq, yəni dələduzluq yolu ilə özgənin əmlakını qanunsuz ələ keçirmə, külli miqdarda ziyan vurmaqla törədildikdə) ilə ittiham olunub ki, bu da 6 ildən 9 ilədək azadlıqdan məhrum etməni nəzərdə tutur.

Mənbə: Publika
Print