“Sarp” gömrük-keçid məntəqəsində külli miqdarda bəyan edilməmiş
qızıl məmulatlarının gətirilməsi faktlarının qarşısı alınıb.
Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin məlumatına görə, Gürcüstan
vətəndaşları, C.P və Ç.M.-nin “Sarp” gömrük-keçid məntəqəsində
fiziki müayinəsi nəticəsində gömrükçülər 76 430,25 lari dəyərində,
təxminən 1 kiloqrama yaxın bəyan edilməmiş qızıl əşyalar aşkar
ediblər.
İş materialları əlavə münasibət bildirmək üçün Gürcüstan Maliyyə
Nazirliyinin istintaq xidmətinə təhvil verilib.