Qurcaanidə bədbəxt hadisə nəticəsində gənc qadın həlak olub, onun
əri və 7 yaşlı oğlu xəstəxanaya aparılıb.
Hadisə bir neçə saat əvvəl Bakurtsixe-Tbilisini birləşdirən
avtomobil yolunda baş verib. İçərisində ər-arvad və uşaq da daxil
olmaqla bir ailənin üzvlərinin olduğu minik avtomobili əks
istiqamətdə hərəkət edən qoşqu ilə toqquşub.
Avtomobildə olan gənc qadın yerindəcə keçinib. 7 yaşlı uşaq və
həyat yoldaşı xəsarətlərlə Qurcaani xəstəxanasına aparılıb.
Həkimlərin sözlərinə görə, yeniyetmənin səhhəti ağırdır və onun
Tbilisiyə köçürülməsinə ehtiyac var.
Hadisə yerinə polis və təcili yardım briqadası səfərbər edilib.