Polis qardaşları Tbilisidə qrup halında külli miqdarda pul
mənimsədiklərinə görə saxlayıb.
Daxili İşlər Nazirliyinin məlumatına görə, araşdırma zamanı müəyyən
edilib ki, şirkətlərdən birində mühasib işləyən R.X. qardaşı C.X.
ilə birlikdə vəzifəli şəxslərin pullarını mənimsəməyi
planlaşdırıb.
Günahları sübuta yetirilərsə, qardaşları 11 ilə qədər həbs
gözləyir.
“Daxili İşlər Nazirliyinin Tbilisi Polis İdarəsinin
Köhnə Tbilisi Baş İdarəsinin əməkdaşları həyata keçirdikləri
əməliyyat tədbirləri və istintaq hərəkətləri nəticəsində qabaqcadan
əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda pul vəsaitlərini
mənimsəməkdə təqsirli bilinərək iki nəfər - 1992-ci il təvəllüdlü
R. X və 1983-cü il təvəllüdlü C.X. isti izlərlə saxlanılıblar.
Hüquq-mühafizə orqanlarının əməkdaşları hər iki şəxsi
təqsirləndirilən şəxs qismində yaxalayıb. Polis qanunsuz
mənimsənilmiş pulları sübut kimi götürüb.
İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 182-ci maddəsinin ikinci
hissəsinin “a” və “d” bəndləri, habelə külli miqdarda pul
mənimsəməni nəzərdə tutan 3-cü hissəsinin “b” yarımbəndi ilə
aparılır. Cinayət 11 ilədək azadlıqdan məhrum etmə ilə
cəzalandırılır”, - Daxili İşlər Nazirliyinin yaydığı
məlumatda deyilir.