ABC kanalının məlumatına görə, Los-Anceles Polis Departamenti üç
Gürcüstan vətəndaşını saxlayıb.
Onlar digər bir gürcü vətəndaşının zorakılıqla qarət olunması və
qətlə yetirilməsi ilə bağlı ittiham olunurlar.
38 yaşlı Paatə Koçiaşvili, 46 yaşlı Zaza Otaraşvili və 52
yaşlı Besik Xutsişviliyə qətl maddəsi ilə rəsmi ittiham irəli
sürülüb.
Hadisə şənbə günü, 26 aprel tarixində De La Osa küçəsində baş
verib. Los-Anceles Polis Departamentinin məlumatına görə, 47 yaşlı
Aleksandre Modebadze hadisə yerində həyatını itirib.
Polisin açıqlamasına əsasən, Modebadze əvvəlcə qarət məqsədilə
girov götürülüb, sonra isə döyülərək baş nahiyəsindən xəsarətlər
alıb.
ABŞ Federal Təhqiqat Bürosunun (FBI) dəstəyi ilə polis qısa
müddətdə üç şübhəlini müəyyənləşdirib və saxlayıb. Onlara qarşı
rəsmi ittiham irəli sürülüb və hər birinə 2 milyon dollar
məbləğində girov təyin olunub.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415