Axaltsixdə yaşayış binasında iki meyit tapılıb
Axaltsixe şəhərində yaşayış binasında iki nəfərin meyiti tapılıb.

“Rustavi 2” telekanalı yerli sakinlərə istinadən xəbər verir ki, həyatını itirən şəxslər bir neçə ildir ki, nikahda olmadan birgə yaşayırlarmış. Məlumata görə, kişi əvvəlcə qadını öldürüb, sonra isə intihar edib.

Gürcüsta Daxili İşlər Nazirliyindən “Tabula”ya verilən məlumata görə, faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 109-cu maddəsi ilə araşdırma aparılır. Həmin maddə ağırlaşdırıcı şəraitdə qəsdən adam öldürməni nəzərdə tutur.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print Email
FaceBook Twitter Google