Gürcüstanın Daxili İşlər Nazirliyinin (DİN) məlumatına görə,
narkotik maddələrin satışı ittihamı ilə 5 nəfər saxlanılıb.
DİN-in məlumatına əsasən, qrup şəklində əvvəlcədən razılaşdırılmış
şəkildə, böyük miqdarda müxtəlif növ narkotik vasitələrin qanunsuz
əldə edilməsi, saxlanılması və satışı ittihamı ilə aşağıdakı
şəxslər həbs edilib:
- 1996-cı il təvəllüdlü Q.M.,
- 1981-ci il təvəllüdlü D.V.,
- İordaniya vətəndaşı, 2001-ci il təvəllüdlü
B.A.,
- Əvvəllər məhkum olunmuş şəxslər: 1981-ci il təvəllüdlü
R.M. və 1991-ci il təvəllüdlü J.D.
Cinayət 17 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə
tutur.
Bəyanatda deyilir:
“Polis, saxlanılan şəxslərdən narkotik vasitələrin
qanunsuz satışı ittihamı ilə, məhkəmə qərarı əsasında, bir neçə
dəfə narkotik vasitələrin nəzarətli alqısını həyata keçirmiş və bu
alqılar gizli audio-video yazılarla qeydə alınmışdır.
Hüquq-mühafizə orqanları saxlanılan şəxslərin üzərində və
yaşadıqları evlərdə axtarış apararkən ‘heroin’ və ‘marixuana’
aşkarlayıb və müsadirə edib.”
Faktla bağlı istintaq Gürcüstan Cinayət Məcəlləsinin 260-cı və
273-cü maddələri üzrə aparılır.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415