"Ümumilikdə 188 900 dollar məbləğində saxta pul dövriyyəyə buraxıblar" – 2 nəfər saxlanılıb

Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidmətinin məlumatına görə, böyük miqdarda saxta pul dövriyyəyə buraxmaq faktı üzrə 2 nəfər saxlanılıb.



Qurumun açıqlamasına əsasən, istintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxslər qanunsuz maddi gəlir əldə etmək məqsədilə Daxili Kartli bölgəsində ümumi dəyəri 188 900 ABŞ dolları olan 1 889 ədəd saxta 100 dollarlıq əskinası dövriyyəyə buraxıblar.

“İstintaq tədbirləri nəticəsində saxta əskinaslar tam şəkildə götürülüb,” – məlumatda deyilir.

İstintaq Xidmətinin bildirdiyinə görə, araşdırma Gürcüstan Cinayət Məcəlləsinin 212-ci maddəsinin 2-ci bəndi ilə aparılır. Bu maddə 7 ildən 10 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur.


Mənbə: Publika

 

Print Email
FaceBook Twitter Google