Hüquq-mühafizə orqanlarının əməkdaşları insan alveri ittihamı ilə,
əvvəllər müxtəlif cinayətlərə görə məhkum olunmuş,
1993-cü il təvəllüdlü M.F.-ni saxlayıblar. Ona qarşı 12 ilədək
azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.
Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatına görə, intensiv
rejimdə aparılan istintaq tədbirləri, o cümlədən məhkəmə qərarı
əsasında həyata keçirilən gizli istintaq hərəkətləri nəticəsində
müəyyən edilib ki, maddi mənfəət əldə etmək məqsədilə,
təqsirləndirilən şəxs psixoloji zorakılıq və hədə-qorxu yolu ilə,
1963-cü il təvəllüdlü L.Q.-nu müəyyən ödəniş müqabilində müxtəlif
şəxslərlə cinsi əlaqəyə girməyə məcbur edirdi.
Nazirlik bildirir ki, əldə olunan gəlirin bir hissəsini
təqsirləndirilən şəxs özü mənimsəyirmiş.
Faktla bağlı istintaq Gürcüstan Cinayət Məcəlləsinin 143-cü
maddəsinin birinci hissəsi ilə aparılır.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415