Sarpi sərhəd-keçid məntəqəsini keçmək istəyən Ukrayna vətəndaşının üzərindən külli miqdarda narkotik vasitə aşkar edilib
Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatına görə, Ukraynanın 1992-ci il təvəllüdlü vətəndaşı V.K. qanunsuz olaraq xüsusilə böyük miqdarda narkotik vasitə əldə etmə, saxlama və Gürcüstana qeyri-qanuni yollarla gətirmə ittihamı ilə saxlanılıb.

Qeyd olunan cinayətə görə 20 ilə qədər və ya ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

"Polis əməkdaşları Sarpi sərhəd-keçid məntəqəsində aparılan şəxsi yoxlama zamanı təqsirləndirilən şəxsin üzərindən xüsusilə böyük miqdarda narkotik vasitə – metadon aşkar ediblər. V.K. təqsirləndirilən şəxs qismində saxlanılıb," – deyə Daxili İşlər Nazirliyinin yaydığı məlumatda qeyd olunur.

Nazirliyin bildirdiyinə görə, faktla bağlı istintaq Gürcüstan Cinayət Məcəlləsinin 260-cı və 262-ci maddələri üzrə aparılır.

Mənbə: Tabula

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print Email
FaceBook Twitter Google