DTX ABŞ səfirliyinin alış-veriş mərkəzlərində mümkün partlayış təhlükəsi ilə bağlı açıqlamasını tənqid edib
Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidməti (DTX) ABŞ səfirliyinin Tbilisidəki üç ticarət mərkəzində mümkün partlayış təhlükəsi barədə yayımladığı bəyanata görə tənqidi mövqe bildirib.

Agentlik məlumatı yalan xəbər adlandırır.

“Dövlət Təhlükəsizliyi Xidmətinin aidiyyəti bölmələri növbəti yalan məlumatla bağlı iş aparır. Vətəndaşların təhlükəsizliyi xidmətin əsas prioritetidir və səlahiyyətləri çərçivəsində bütün zəruri və təxirəsalınmaz tədbirlər həyata keçirilir.

Gürcüstanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrini təhlükəsizlik orqanlarının fəaliyyətinə hörmətlə yanaşmağa, daha məsuliyyətli davranmağa və aidiyyəti qurumlarla razılaşdırılmamış bəyanatların yayılmasından çəkinməyə çağırırıq,”
– deyə Dövlət Təhlükəsizliyi Xidmətinin yaydığı bəyanatda qeyd olunur.

Xatırladaq ki, mayın 7-də axşam saatlarında ABŞ-ın Gürcüstandakı səfirliyi bəyanat yayaraq bildirib ki, onların “Tbilisi Mall”, “Galleria Tbilisi” və “East Point” ticarət mərkəzlərində mümkün partlayış təhlükəsi ilə bağlı məlumatı var. Səfirlik öz əməkdaşlarını və ABŞ vətəndaşlarını məlumat dəqiqləşənə qədər həmin ərazilərdən uzaq durmağa çağırıb.

Mənbə: Netgazeti

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print Email
FaceBook Twitter Google