Gürcüstanda fəaliyyət göstərən müğənnilər toylarda pul səpilməsinin dayandırılmasını istəyirlər
Gürcüstanda fəaliyyət göstərən müğənnilər Sahil Dəniz, Eynar Balakişiyev, Anar Əsgərov, Afiq Novruzov və başqaları toylarda pul səpilməsinin dayandırılmasını istəyirlər. Onlar 2027-ci ilin yanvar ayından etibarən toylara müəyyən məbləğ qarşılığında getməyi düşünürlər.

@sahildeniz_official Toylarımızın Səliqəli Səviyyəli Keçirilməsini Birlikdə Təmin Edək😊🙏🏻 #rubulyığışılsın #beniöneçıkart #gürcüstan🇬🇪 #toy #keşfetteyizzz ♬ nhạc nền - Sky Music NCM

Müğənillər və aparıcılar nəyə görə bu qərara gəiblər, bununla bağlı Marneulili müğənni və aparıcı, hər kəsin Nato kimi tanıdığı Afiq Novruzovla əlaqə saxladıq. O, "Marneuli" radiosu ilə söhbəti zamanı bildirdi ki, onlar istəyirlər, toy məclisləri şən və səliqəli keçsin. Novruzov düşünür ki, toylarda pul səpilməsi onların işinə maneçilik törədir.

“Biz, müğənnilər, bu qərara ona görə gəlmişik ki, 2027-ci ildən toylara müəyyən məbləğ qarşılığında gedək. Toylarda pul səpilməsin. Məsələn, bu pullar toylarda çaxnaşmaya gətirib çıxarır. Musiqiçilər çalğılarını ifa edə bilmir, uşaqlar ayaq altında qalırlar. Detalları çoxdur. Toyları istədiyimiz kimi apara bilmirik. İçib gəlirlər, pul səpmək üçün çoxlu pul istəyirlər. Biz də bunu verə bilmirik. Belə hallar olur. Amma biz düşünürük ki, bu pul səpilməsinin qarşısını alaq. Bunun üçün toy sahiblərindən müəyyən miqdarda pul istəyəcəyik. Toy sahiblərindən alacağımız məbləğin limiti olacaq. Əgər bu hadisə bu şəkildə davam edərsə, yanvar ayından sonrakı toylar üçün bu qayda qüvvəyə minəcək. İnsanların fikri və rəyi bizim üçün çox maraqlıdır”.

Novruzov qeyd edir ki, əgər onlar istəklərinə nail olsalar, musiqiçilər özləri ilə toylara pul aparmayacaqlar.

“O vaxta qədər götürülən toyların hər birində bu şabaş olacaq. Biz, musiqiçilər, toylara daha pul aparmayacağıq. Belə deyək, toy sahibi zəng edib deyəcək ki, məsələn, ay Nato, mən sənin dəstəni istəyirəm. Mən də deyəcəyəm ki, mənim dəstəmin limiti budur. Biz bu qədər məbləğə gəlirik. İstəyirsən, gələk. Məsələn, toy sahibi, qonaqlar ortaya pul tullamırlarmı? 10-20 lari. O pullar yığılacaq, geridə qalan məbləği toy yiyəsi tamamlayıb bizə ödəyəcək. Və yaxud əksinə ola bilər. Toy sahibi bizim pulumuzu versin, yığılan pulu da özünə götürsün. Bizim fikrimiz budur. Bu gün biz toylara pulsuz gedirik. O yığılan şabaşla, o rublları sataraq idarə edirik. Rubllarla qazanırıq. Məsələn, sən gəlib 50 lari verib rubl alırsan, aparıb səpirsən və pul yığılıb bizə geri qayıdır. Artıq elə bir vəziyyət yaranıb ki, o pullar geri qayıtmır. O pulları uşaqlar daşıyır və biz zərər çəkirik. Biz istəyirik ki, bunu 2027-ci ildən tətbiq edək. Bizim el-obamıza iradımız yoxdur. Biz istəyirik ki, toylarımız daha səliqəli keçsin. Bilmirik, bu qüvvəyə minəcək, ya yox”.

Qeyd edək ki, toylarda pul səpilməsi Gürcüstan cəmiyyətində uzun illərdir, rəqs edənlərə “şabaş” olaraq pul verilməsi və ya pul səpilməsi toy mərasimlərinin bir hissəsi kimi qəbul edilir. Lakin son dövrlərdə bu ənənənin yaratdığı qarışıqlıq və təhlükəsizlik məsələləri də müzakirə olunur. Müğənnilərin təklifinin isə bu adətin tamamilə aradan qaldırılmasına, yoxsa sadəcə formasının dəyişməsinə səbəb olub-olmayacağı hələlik məlum deyil.

"Marneuli" Radiosu

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print Email
FaceBook Twitter Google