"WhatsApp" messencerinin rəhbərliyi yeni məxfilik siyasətinin bu
xidmətə sahib olan "Facebook" şirkətinin istifadəçilərinin
yazışmalarına və əlaqə siyahılarına daxil olmasına icazə
vermədiyini açıqlayıb.
TASS xəbər verir ki, bu barədə messencerin rəhbərliyi öz "Twitter"
hesabında məlumat yayıb.
""WhatsApp" və "Facebook" şəxsi mesajlarınızı görmür və
zəngləri dinləmir. "WhatsApp" kimin mesaj yazıb, kimə zəng etdiyini
izləmir. "WhatsApp" əlaqə siyahınızı "Facebook" ilə paylaşmır.
"WhatsApp"dakı qrup söhbətləri gizli qalır", -
məlumatda deyilir.
Bundan əvvəl "WhatsApp" istifadəçi müqaviləsini yeniləyərək bu
messencerdən istifadə edən hər kəsi "Facebook"la məlumat paylaşmağı
məcbur edib. Xüsusilə şirkət telefon nömrələri, əməliyyatlar və
istifadəçilərin IP ünvanları haqqında məlumat yığacaq.
Mənbə: apa.az