Yuxusuzluq hər kəsin qarşılaşdığı problem ola bilər.
“Zdorovye” saytı xəbər verir ki, bu, təkcə yuxu çatışmazlığı deyil,
həm də yaxşı yatmamaq, yuxuya getməyin çətinliyi, yuxudan yarımçıq
durmaq və səhərədək oyaq qalmaq kimi hallarla səciyyələnir.
Yuxusuzluğun qarşısını almaq üçün axşamlar alkoqol qəbul etməyin.
Alkoqol dərin yuxu fazasına təsir edir və spirtli içkinin təsiri
qurtarandan sonra ayılacaqsınız.
Bundan başqa, nikotin də stimullaşdırıcı təsirə malik olduğu üçün
yuxuya getməyə və normal yuxu prosesinə mane olur. Eyni zamanda
yatmazdan qəhvə içmək, həddindən artıq yemək, vanna qəbul etmək
yuxuya getməyə mane olur.
Fındıq ağacı yarpağı və şam ağacı budağı da yuxusuzluğun qarşısını
almaq üçün kömək edə bilər.
Yuxu dərmanından həkimin məsləhəti olmadan istifadə etmək olmaz.
Adətən bu cür vasitələr yuxuya getməkdə müvəqqəti çətinliyi
yüngülləşdirir. Onlardan uzun müddət istifadə edilməsi orqanizmin
bu dərmanlara öyrəşməsinə gətirib çıxarır.
Mənbə: report.az