Diş minasının saralması bir sıra xəstəliklərdən xəbər verir.
Bu barədə həkim stomatoloq Vladimir Losev bildirib.
Dişlərin sarı emalı, sarı ləkələr autoimmun xəstəliklər və mədənin
reflüks xəstəliyi zamanı çox olur.
“Bəzən yanlışlıqla düşünürlər ki, sarı rəng qəhvə, çay, içki
içənlərə, siqaretdən olur. Amma bu ciddi xəstəliklərin əlaməti ola
bilər.
Mədə turşuluğu yüksək, reflüksü olan xəstələrdə mədə şirəsi ağız
boşluğuna geri düşür. Bu zaman diş emalı zədələnir. Nəticədə dişlər
saralmış kimi görülür. Əslində isə dişin rəngi dəyişmir, sadəcə
emal yeyilib, alt qatı - dentin görünür. O isə sarımtıldır.
Autoimmun xəstəliklər - revmatizm, sistem xəstəlikləri, artrit,
artozu, revmatoid artriti olan insanlarda da dişlər saralır.
Sarı dişləri ev şəraitində zərərli vasitələrlə ağartmağa
çalışmayın. Soda ilə diş emalını daha da məhv
edərsiz”.
Mənbə: saglamolun.az